Kaxa Kaladze - Energetika sahəsindəki layihələr üçün mütəxəssisləri xaricdən gətirirdik
Kaxa Kaladze - Energetika sahəsindəki layihələr üçün mütəxəssisləri xaricdən gətirirdik

Tbilisi meri seçkilərində qalib gələn namizəd Kaxa Kaladze bəyan edir ki, professiyonal təhsil ölkəmiz üçün çox vacibdir.

Kaxa Kaladze, professiyonal təhsil üzrə illik beynəlxalq konfransdan sonra, bəyan etdi ki, professiyonal təhsil ölkənin iqtisadi inkişafı üçün çox əhəmiyyətlidir.

“Mən Energetika Naziri olanda, müxtəlif əhəmiyyətli layihələr həyata keçirdiyimiz zaman, bir çox texniki sahə üzrə mütəxəssisləri xaricdən dəvət etməli olurduq, çünki Gürcüstanda müvafiq sahələrin mütəxəssisləri tapılmırdı. Ona görə deyirəm, professiyonal sahələrdə nə qədər çox mütəxəssisimiz olsa, ölkəmizin inkişafı üçün o qədər yaxşıdır.

Təhsil Naziliyi hazırda professiyonal təhsilin inkişafı üzrə çalışır və ona dəstək verməliyik”- dedi Kaladze.