Katolikos-Patriarx İkinci İlia ilə həqiqətən də təəsürat verici görüşümüz oldu
Gürcüstanın Katolikos-Patriarxı İkinci İlia Gürcüstanda rəsmi səfərdə olan Ermənistanın baş naziri Nikol Paşinyanla görüşdü.
Patriarxlıqda keçirilən görüş haqqında Paşinyan “Tvitter” səhifəsində yazdı və şəkil paylaşdı.
“Pak və Müqəddəs, katolikos-patriarx İkinci İlia ilə həqiqətən də təəsürat verici görüşümüz oldu. Regionda mövcud olan təhlükələrə baxmayaraq, ölkələrimizin gələcəyini bərabər planlaşdırmamız üçün imkan var” – yazıb Paşinyan “Tvitterdə”.

