Kaspinin Ferma kəndində bir ailə soyuldu
Kaspinin Ferma kəndində bir ailə soyuldu

Kaspi munisipalitetinin Ferma kəndindəki ailələrdən biri soyuldu.

Hadisə dünən gecə saatlarında baş verdi.

Mövcud olan məlumata görə, evə üç maskalı şəxs daxil oldu və ailə üzvlərini fiziki təhqir etdi.

Yayılan məlumata görə, hücum edən soyğunçular evdən pul və zinyət əşyalarını apardılar.

Daxili İşlər Nazirliyinin məlumatına görə, baş verən hadisə ilə bağlı istintaq cinayət məcəlləsinin 179-cu maddəsinin ikinci hissəsinin b altbəndinə əsasən aparılır, hansı ki, qrup soyğununu nəzərdə tutur.

Qeyd olunan cinayət 5-dən 12 ilə qədər həbs cəzasını nəzərdə tutur.