Karl Hartsel - Avroparlamentarların mesajlarına ciddi yanaşmaq lazımdır
Avroparlamentarın mesajlarına ciddi yanaşılmalıdır, – bu barədə bəyanatı Avropa İttifaqının Gürcüstandaki səfiri Karl Hartsel verdi.
Hartsel bir neçə avroparlamentar tərəfindən yayılan bəyanatı dəyərləndirdi, hansında deyilir ki, onlar gürcü partiyaları arasındaki anlaşmazlığa görə narazılıqlarını bildirirlər və maddi yardımın dayandırılmasını istisna etmirlər.
“Mən o bəyanatı yayan avroparlamentarların adından danışa bilmərəm, ancaq onu deyə bilərəm ki, bu açıq-aydın mesajlar ciddiyə alınmalıdır, çünki söhbət Avropa İttifaqı və Gürcüstan arasındaki münasibətlərdən gedir”, – dedi Karl Hartsel.