Kannın 71-ci Beynəlxalq Kinofestivalı bugün açılacaq

Kannın 71-ci Beynəlxalq Kinofesyivalı bugün açılacaq. Festivalda 4000 jurnalist və 4000 kinokritik  iştirak edəcək.

Bu il Kann festivalı Belmondo və Anna Karinanın oynadığı “Dəli Pyero” filmindəki məşhur öpüşmə səhnəsi ilə açılacaq.

Jan-Lyuk Qodarın məşhur kinofilminin ekranlara çıxmasından sonra 50 il keçdi.

Beynəlxalq Kann Festivalı iki Oskar sahibi olan rejissor Asqar Farhadinin Everybody Knows filmi ilə başlayacaq.

Filmdə baş rolları Penelopa Krus və Xavyer Bardem oynayırlar. Filmin süjeti isə, ər-arvadın hekayəsini təsvir edir.

Festivalın jürisinin sədri bu il aktrisa Keit Blanşet olacaq.

Kannın 71-ci kinofestivalı mayın 8-də başlayacaq və mayın 19-na qədər davam edəcək.