Kanadada 38 Gürcüstan vətəndaşına sığınacaq verildi

Kanadada 38 Gürcüstan vətəndaşına sığınacaq verildi.

Bu barədə məlumatı immiqrasiya xidmətinin veb-səhifəsində görmək olar.

Məlumata görə, 2017-ci ildə Kanadadan 157 Gürcüstan vətəndaşı sığınacaq istədi.

90 tələbin müzakirəsi başa çatdı və onlardan 38-i qane edildi. 43 vətəndaş isə, mənfi cavab aldı.

9 tələb isə, ərizəçi tərəfindən ləğv olunub.

2017-ci ilin dekabrın 31-i üçün, 206 tələbin müzakirəsi hələ başa çatmayıb.

Əvvəlki illərlə müqayisədə sığınacaq istəyənlərin sayı artıb.

2014-cü ildə 87 nəfər sığınacaq tələb etdi, onlardan 32-si müsbət cavab aldı. 2015-də 91 nəfər müraciət etdi və 15 müsbət cavab aldı. 2016-cı ildə, 116-sı müraciət etdi, 31 nəfəri müsbət cavab aldı.

2014-cü ildə Kanadaya 280 Gürcüstan vətəndaşı getdi, 2015-ci ildə 361, 2016-cı ildə – 503, 2017-cı ildə isə, 566.