Kaxetidə136 pasiyentin analizi yoxlanıldı və heç birində koronavirus təsdiqlənmədi
Kaxetidə136 pasiyentin analizi yoxlanıldı və heç birində koronavirus təsdiqlənmədi

Luqar laboratoriyasına Kaxeti regionundan göndərilən bioloji materialların analiz cavabları mənfi çıxdı, yəni 136 nəfərdən heç birində koronavirus təsdiqlənmədi.

Bu barədə məlumatı Xəstəliklər Nəzarətinin Milli Mərkəzinin Kaxeti bölməsinin rəhbəri Neli Xizanişvili verdi.

Eyni zamanda, Kaxetidə bir ay ərzində 8000-dən 9000-ə qədər pasiyentin testlərinin keçirilməsi planlaşdırılır.

Xizanişvilinin dediyinə görə, Qaracalar kəndində təsdiqlənən iki haldan sonra, epid-yoxlanış davam edir.

Tam olaraq, Kaxeti regionundan Luqar laboratoriyasına 6385 material göndərilib, onlardan 2386 nəfəri tibb personalıdır, 1976 nəfər mehmanxanaların personalıdır, 268 nəfər məhdud fiziki imkanlı şəxslərdir, 25 nəfər trayler sürücüsü, 45 nəfər şəhər nəqliyyat vasitəsinin sürücüsüdür.

Bu mərhələdə, üç karantin zonasında 97 nəfər qalır.