Kaxetidən Luqar laboratoriyasına göndərilən 76 nəfərin analiz nəticələri mənfi çıxdı.
Bu barədə bəyanatı Xəstəliklər Nəzarəti Mərkəzinin Kaxeti bölməsinin rəhbəri Neli Xizanişvili verdi.
Neli Xizanişvilinin dediyinə görə, regionda yoxlanış davam edir.
Tam olaraq isə, Kaxetidən Luqar laboratoriyasına 4 221 nəfərin bilojik materialı göndərilib.