Kaxetidə yeddi Leyşmanyoz halı qeyd olundu

Kaxetidə yeddi Leyşmanyoz halı qeyd olundu.

Son üç ayın göstəriciləri ilə Telavidə, Qurcaanidə, Dedoplistskaroda və Kvarelidə leyşmanyoz halları aşkarlandı.

Bu barədə bəyanatı Xəstəliklərin Nəzarətinin Milli Agentliyinin Kaxeti bölməsinin rəhbəri Neli Xizanişvili verdi.

“Xəstələnənlərin hamısı uşaqdır. İnsanlar leyşmanyozla əsasən, yaz fəslində xəstələnirlər, ancaq xəstəliyin simptomları qış aylarında özünü biruzə verir. Leyşmanyozun əsas daşıyıcıları isə, sinəklər və itlərdir”, – dedi Xizanişvili.

Xəstəliklər Nəzarətinin Milli Mərkəzinin Kaxeti bölməsinin rəhbəri valideynlərə müraciət edir ki, sinəklərə və itlərlə bağlı diqqətli olsunlar, çünki leyşmanyozun əsas daşıyıcıları onlardır.

“Uşaqlar itlərlə oynamağı sevirlər, bu xəstəlik isə, çox təhlükəlidir, leyşmanyozu ən asan yoluxduran mənbə məhz heyvanlardır” – dedi Neli Xizanişvili.