Kaxetidə yaxalanan ovçunun əlindən parçalanmış cüyür ətini aldılar
Kaxetidə yaxalanan ovçunun əlindən parçalanmış cüyür ətini aldılar

Ətraf Mühitin Qorunmasının Nəzarət departamentinin yaydığı məlumata görə, Kaxeti regional şöbəsinin əməkdaşları, Axmeta munisipalitetində qeyri-qanuni şəkildə cüyür ovçuluğu edən şəxsi yaxaladılar.

İdarənin yaydığı məlumata görə, cinayət törədən ovçunun öz adına qeydiyyatdan keçən ov tüfənqi və öldürdüyü cüyürün əti əlindən alındı.

“Aşkar edilən materiallar müvafiq istintaq orqanlarına göndəriləcək və faktla bağlı müvafiq tədbirlər görüləcək”, – deyilir Ətraf Mühitinin Qorunmasının Nəzarət departamentinin məlumatında.