Kaxetidə yoxlanılan 1 248 biloji materiallardan biri müsbət çıxdı.
Bu barədə bəyanatı Xəstəliklərin Nəzarət Mərkəzinin Kaxeti rəhbəri Neli Xizanişvilini verdi.
Onun dediyinə görə, Kaxetidə koronavirusa yoluxma halları 29-a çatıb.
“Dünən Laqodexidən 40 yaşına qədər olan kişi yüksək temperatur şikayəti ilə Qurcaani Ceohospitalına müraciət etdi və bu günə qədər təsdiqlənən 28 hal ilə bərabər, 29 oldu.
Laqodexidə 7 hal təsdiqlənib., Siğnağidə iki, Matanidə 13 və Velistsixedə iki” – dedi Neli Xizanişvili.
Yeni kontaktların aşkarlanması üçün Laqodexidə epidemioloqlar qrupu işləyir.