Kaxeti və Kvemo-Kartlidə veterinar xidməti məntəqələri mayın birindən fermerlərə pulsuz xidmət edəcəklər
Milli Ərzaq Agentliyinin məlumatına görə, yay mövsumunda mal-qaranın yaylaqlara keçirilməsi ilə bağlı Kaxeti və Kvemo-Kartli regionlarında veterinar punktları mayın birindən fermerlərə pulsuz xidmət edəcəklər.
Agentliyin məlumatına görə, onlar fermerlər asosiasiyası və mal-qara sahibləri ilə fəal şəkildə əməkdaşlıq edirlər.
Ölkə miqyasında Kaxeti və Kvemo-Kartli regionlarında (Dedopliskaro, Siğnaği, Telavi, Rustavi, Marneuli, Bolnisi) mal-qara sahibləri üçün uyğun məntəqələrdə yeni standartlarla təchiz edilmiş altı veterinar məntəqəsi pulsuz xidmət edəcək.