Kaxeti munisipalitetində koronavirusa qarşı vaksinasiya keçirilir

Koronavirusa qarşı vaksinasiya prosesi Telavidən sonra Kaxetinin digər munisipalitetlərində də başladı.

Qurcaaninin “Ceo Hospitalında” AstraZeneka vaksinası ilə iki həkim Dea Tsabutaşvili və Ketevan Samniaşvili peyvənd edildilər.

Onlar digər həmkarlarını da imunizasiya prosesinə qoşulmağa çağırdılar.

“Vaksinasiya virusu məğlub etməyin yeganə yoludur və bütün yaxınlarımı və həmkarlamı vaksinasiya prosesinə qoşulmağa dəvət edirəm” – dedi Dea Tsabutaşvili.

Kaxetiyə AstraZeneka vaksinasının 3 100 dozası verilib.

Regionda 13 vaksinasiya nöqtəsi açılıb.