Kaxa Kuçava - Ümid edirəm ki, tez zamanda razılaşmanın bütün maddələri yerinə yetiriləcək, əlimdən gələni edəcəm ki, bu prosesin gedişatı üçün əlverişli şərait yaradılsın
Kaxa Kuçava - Ümid edirəm ki, tez zamanda razılaşmanın bütün maddələri yerinə yetiriləcək, əlimdən gələni edəcəm ki, bu prosesin gedişatı üçün əlverişli şərait yaradılsın

Ümid edirəm ki, tez zamanda razılaşmanın bütün maddələri yerinə yetiriləcək, əlimdən gələni edəcəm ki, bu prosesin gedişatı üçün əlverişli şərait yaradılsın, – bəyanatı Gürcüstan parlamentinin yeni sədri Kaxa Kuçava verdi.

“Amnistiyanın detalları haqqında danışmayacam. Bu qanunlayihə ilə bağlı şərhlər verən “Gürcü Arzusunun” deputatları var. Faktdır ki, imzalanan razılaşma mütləq yerinə yetirlməlidir. Bu sadəcə iqtidarın deyil, həmçinin müxalifətin də məsuliyyətidir. Ümid edirəm ki, tez zamanda razılaşmanın bütün maddələri yerinə yetiriləcək, əlimdən gələni edəcəm ki, bu prosesin gedişatı üçün əlverişli şərait yaradılsın”, – dedi Kaxa Kuçava.

Kaxa Kuçava bəyan etdi ki, onun nə qədər neytral bir spiker olduğunu fəaliyyəti göstərəcək.

“Danışıqlar prosesini və “Gürcü Arzusunu” kimin təmsil etdiyini yaxşı görürdünüz. Çox kəskin debatlar oldu. Mən bu prosesə qoşulmamışdım. Nə qədər neytral olacağımı və iqtidar dəstəsi və müxalifər arasında balansı qoruya biləcəyimi isə, apardığım işlər və fəaliyyətim göstərəcək”, – dedi Kaxa Kuçava.