Kaxa Kuçava - mən Kaxa Kaladzeyə səs verdim və onun qələbə çalacağına əminəm
Kaxa Kuçava - mən Kaxa Kaladzeyə səs verdim və onun qələbə çalacağına əminəm

 

Gürcüstan parlamentinin sədri Kaxa Kuçava yerli özünüidarəetmə seçkilərinin ikinci turunda səs verib.

Kuçavanın sözlərinə görə, o, Kaxa Kaladzeyə səs verib və onun qələbə çalacağına əmindir.

“Mən Kaxa Kaladzeyə səs verdim, Tbilisidə hamının son dörd ildə həyata keçirildiyinə şahid olduğu layihələri və onun növbəti dörd ildə görəcəyi işləri nəzərə alaraq düşünürəm ki, onun alternativi yoxdur. Mən onun qələbə çalacağına əminəm”, – deyə Kaxa Kuçava bildirib.

Bu gün Gürcüstanda yerli özünüidarəetmə seçkilərinin ikinci turu keçirilir.