Kaxa Kaladze - Zülmü, soyqırım və insanların qətlini ən böyük şər hesab edən hamını faşizm üzərində qələbə münasibətilə təbrik edirəm
Tbilisinin meri Kaxa Kaladze İkinci Dünya Müharibəsinin veteranlarını faşizm üzərində Qələbə Günü münasibətilə təbrik edib və onlara uzun ömür arzulayıb.
Onun mediaya açıqladığı üzrə, gürcülər bu gün də faşizmlə mübarizə aparası olurlar, ancaq sonda xeyir qalib gələcək.
“Zülmü, soyqırımı, ailələrin bədbəxt edilməsini və insanların qətlini ən böyük şər hesab edən hamını bu gün münasibətilə təbrik edirəm. Faşizm dünyaya dağıdıcı nəticələr gətirdi, həmçinin, çoxlu soydaşlarımız həlak oldu. Qəhrəman veteranlarımıza təşəkkür edirəm, onlara can sağlığı və uzun ömür arzulayıram. Təəssüf ki, bu gün də faşizmlə mübarizə aparası oluruq, lakin xeyir hər zaman şərə və radikallığa qalib gələcək”- deyə Kaxa Kaladze açıqlayıb.