Kaxa Kaladze - "Xarici təsirin şəffaflığı" qanunu ölkədə sülhü qorumaq imkanı verəcək, biz heç kimə Ukraynada baş verən eyni vəziyyəti yaratmağa imkan verməyəcəyik
“Xarici təsirin şəffaflığı haqqında” qanun ölkədə sülhü və sabitliyi qoruyub saxlamaq imkanı verəcək – bu haqda Tbilisinin meri Kaxa Kaladze paytaxt hökumətinin iclasında açıqlayıb.
O, bu gün ölkənin sülh və əmin-amanlığa hər şeydən daha çox ehtiyac duyduğunu deyib.
“Biz heç kimə ölkəmizin vəziyyətindən özü üçün istifadə etməyə və Ukraynada bu gün baş verən və bizim üçün təəssüfdoğurucu olan eyni vəziyyəti yaratmağa imkan verməyəcəyik. Biz müharibədən keçmiş ölkəyik, bir sıra müharibələr aparmışıq və bütün bunların nə qədər bədbəxtlik gətirdiyini bilirik. 2008-ci ili yada salaq, bizə nə verdi, nə əldə etdik – ərazilərimizi, kəndlərimizi, qəhrəman əsgərlərimizi itirdik, həlak olmuş dinc sakinlər, dağıdılmış, acınacaqlı infrastruktur, itirilmiş kəndlər, ölkəmizin evsiz-eşiksiz qalmış əhalisi. Biz müharibənin nə demək olduğunu bilirik və eyni şeyin ölkəmizdə baş verməsini istəmirik. Biz əmin-amanlığı qoruyub saxlamalıyıq. Bizə sülh, iqtisadi inkişaf lazımdır” – deyə Kaxa Kaladze açıqlayıb.