Kaxa Kaladze - "Varketili" metrostansiyasını təmir edən şirkət ən sərt şəkildə cəzalandırılacaq
Paytaxtın meri Kaxa Kaladzenin dediyinə görə, “Varketili” metrostansiyasında reabilitasiya işlərini aparan şirkət ən sərt şəkildə cəzalandırılacaq.
“Bu fakt çox ağırdır. Buna səbəb olan hərkəs cəzalandırılacaq və bundan sonra inşaataların keyfiyyətinə daha böyük diqqət yetiriləcək. Həmin şirkət “Axmeteli” metrostansiyasını da təmir etdi və dərhal onu da yoxlamalıyıq” – dedi Kaladze.
“Varketili” metrostansiyasının reabilitasiya işləri 2017-ci ilin sentyabr ayında başa çatmışdı.
Reabilitasiya işlərini tenderdə qalib gələn MMC “Kvarelmşeni” həyata keçirmişdi.