Kaxa Kaladze - Uşaq bağçalarının pullu olması haqqında məsləhətləşmələr keçirilir
Kaxa Kaladze - Uşaq bağçalarının pullu olması haqqında məsləhətləşmələr keçirilir

Tbilisinin meri Kaxa Kaladzenin bəyanatına görə, uşaq bağçalarının pullu olma məsələsi haqqında məsləhətləşmələr keçiriləcək və konkret plan ictimaiyyətə sonra təqdim ediləcək.

Kaxa Kaladzenin məlumatına görə, sosiyal yardım sxemaları da gözdən keçiriləcək.

Kaxa Kaladzedən əvvəl  baş nazir, parlamentdəki çıxışında bəyan etdi ki, uşaq bağçaları ilə, bağlı vəziyyətə korreksiya lazımdır.

Baş nazirin dediyinə görə, imkanı olan ailələr uşaq bağçasının pulunu ödəməlidirlər.

Bununla yanaşı, Kvirikaşvili vurğulayaraq, qeyd etdi ki, bu sadəcə bir ideyadır və üzərində işlənməlidir.