Kaxa Kaladze - Uşaq bağçaları Avropa standartlarına müvafiq şəkildə inkişaf etməlidirlər
Kaxa Kaladze - Uşaq bağçaları Avropa standartlarına müvafiq şəkildə inkişaf etməlidirlər

“Uşaq bağçaları bizim üçün əsas mövzulardan biridir və istəyirik ki, bağçalar Avropa standartlarına müvafiq şəkildə inkişaf etsin” – bu bəyanatı Tbilisinin meri Kaxa Kaladze verdi.

Onun dediyinə görə, yaxın gələcəkdə uşaq bağçaları üçün yeni binalar tikiləcək.

“Uşaqların olduğu binalar mütləq müvafiq standartlara uyğun olmalıdır. Mövcud olan standartların reabilitasiyasını və həmçinin bağçalar üçün yeni binalar tikməyi planlaşdırırıq. İndiki binaların əksəriyəti qəza vəziyyətindədir və bəzilərinin fəaliyyətini dayandırmalı olduq” – dedi Kaxa Kaladze.