Kaxa Kaladze ümid edir ki, inşaat şirkətləri təhlükəsizliyin yeni requlyasiyalarını nəzərə alacaqlar
Tbilisinin meri Kaxa Kaladze qanunverici orqana inşaat requlyasiyalarının pozulmasının cəzalandırılması üçün sanksiyaların sərtləşdirilməsi ilə bağlı konstruktiv əməkdaşlıq üçün təşəkkür etdi.
Kaxa Kaladze bugünki meriya iclasında ümid bildirdi ki, inşaat obyektlərində təhlükəsizlik normalarının göstəricisi artacaq.
“Hər bir insanın həyatı dəyərlidir və ona laqeyid ola bilmərik. Təhlükəsiz mühitin yaradılması üçün sadəcə cərimələr də yetərli deyil. Mövcud olan qanunlara riayət edilmısini təmn etməliyik və bu məsələ ilə şəxsən ilgilənəcəm” – dedi Kaxa Kaladze.