Kaxa Kaladze - Təhlükəsizlik qaydalarının pozulmasına görə 500 obyektə tapşırıq verildi, 272-si isə, cərimələndi
“Çalışma prosesimizdə bir çox yeniliklər var. Paytaxtın firəvanlığı üçün müxtəlif çalışmalar həyata keçirilir və bunun üçün monitorinqin gücləndirilməsi lazımdır, – Bu barədə bəyanatı paytaxtın meri Kaxa Kaladze Tbilisi Meriyasının iclasında verdi.
Kaxa Kaladze qeyd etdi ki, Meriya tərəfindən hazırlanan qanunlayihə parlamentə göndərildi və bu dəyişikliklərə əsasən, müxtəlif pozuntulara nəzarət funksiyaları daha efektiv olacaq.
Bu pozuntular arasına paytaxtın şəklini çirkinləşdirmək, Tbilisi küçələrində icazəsiz küçə ticarəti, küçədə icazəsiz reklam yerləşdirmək, icazə şəraitlərinin pozulması daxildir və bu pozuntulara qarşı cəza tədbiri daha sərt olacaq.
Kaladzenin dediyinə görə, inşaat təhlükəsizliyinin pozulduğuna görə, 500 obyektə tapşırıq verildi, 272-si isə, cərimələndi.
Kaxa Kaladzenin məlumatına görə, dayandırılma qərarı 120 obyektə qarşı qüvvəyə mindi.
Onun dediyinə görə, nəzarət sistemi mütləq dəyişdirilməlidir, cərimələndirmə sistemi isə, daha efektiv olmalıdır.