Kaxa Kaladze Tbilisinin gecə iqtisadiyyatının inkişaf layihəsini təqdim edəcək
Kaxa Kaladze Tbilisinin gecə iqtisadiyyatının inkişaf layihəsini təqdim edəcək

Paytaxtın meri, Kaxa Kaladze Tbilisinin “gecə iqtisadiyyatının” inkişaf layihəsini təqdim edəcək.

Tbilisi merinin məlumatına görə, təqdimatda layihənin rəhbəri Sergi Qvarcaladze ictimaiyyətə gecə iqtisadiyyatın konsepsiyasını detallı şəkildə tanıdacaq və fəaliyyət planı haqqında danışacaq.

Təqdimat “Biltmor” mehmanxanasında 14:00-da keçiriləcək.

Paytaxtın meri gecə iqtisadiyyatının rəhbəri olaraq, teleprodyusser və musiqiçi olan Sergi Qvarcaladzeyi cari ilin mart ayında təyin etdi.

Kaxa Kaladze qeyd etdi ki, gecə iqtisadiyyatının inkişafı vacib istiqamətdir və paytaxt üçün yenilikdir.