Paytaxtın meri Kaxa Kaladze “Sinofarm” vaksinası ilə peyvənd edildi.
Kaladze Nikoloz Kipşidze adına Mərkəzi Universitet Klinikasında peyvənd edildi.
Vaksinasiya olduğu barədə məlumatı paytaxtın meri öz “Facebook” səhifəsində yaydı.
Şəkilə əlavə etdiyi yazıda, Kaladze qeyd etdi ki, “görünməyən düşmanla mübarizənin yeganə yolu vaksinasiyadır”.