Kaxa Kaladze - satılmış səyahət abunəçiliyinin bir hissəsi bir illik kartların payına düşür

 

 

İctimai nəqliyyat üçün nəzərdə tutulmuş limitsiz səyahət abunəçiliyinin satışının yarısı bir illik kartların payına düşür, – bu barədə paytaxt meri Kaxa Kaladze munisipalitet hökumətinin bugünkü iclasında bildirib.

“Abunəçilik sistemi başlatdığımız nəqliyyat islahatının bir hissəsidir. Yanvarın 5-dən ictimai nəqliyyat üçün nəzərdə tutulmuş limitsiz səyahət kartları satışa çıxarılıb. Onların bəziləri artıq satılıb və satışın yarısı bir illik kartların üzərinə düşür” – deyə Kaxa Kaladze bildirib.

Onun sözlərinə görə, inteqrasiya olunmuş səyahət sistemi Avropa standartıdır və fevralın 1-dən paytaxtda istifadəyə veriləcək.

“Sərnişinlərin müddətli limitsiz səyahət abunəçiliyindən istifadə etməsi Avropa standartıdır. Bu sistemlə bağlı ictimaiyyəti çaşdırmaq üçün çoxlu dezinformasiyalar yayılıb. Guya gediş haqqı artıb, lakin reallıq başqadır. İctimai nəqliyyatın aktiv istifadəçiləri, eləcə də güzəştli gediş haqqı/qiymət (0,2, 0,1 lari) və pulsuz səyahət hüququndan istifadə edən insanların 53%-i inteqrasiya olunmuş sərnişin sistemi çərçivəsində istənilən nəqliyyat vasitəsi ilə xeyli ucuz səyahət edəcək”- deyə Kaxa Kaladze bildirib.