Kaxa Kaladze - Saakaşvili həm özü, həm həyat tərzi ilə çox destruktiv bir insandır və indi də çalışır ki, danışıqlar baş tutmasın
Mixeil Saakaşvili həm özü, həm həyat tərzi ilə çox destruktiv bir insandır və təəssüf ki onun bu mənfiliyi ölkəmizdə illər ərzində əks olunurdu, – bu bəyanatı Tbilisinin meri Kaxa Kaladze Avroparlamentarlar və İan Kelli haqqında Saakaşvilinin verdiyi bəyanatına cavab olaraq verdi.
Kaladzenin dediyinə görə, bu ilk hal deyil və müxalifət liderlərindən tez-tez təhqiramiz bəyanatlar edilir.
“Saakaşvili ölkədə qanlı rejim yaratdı. İndi də əlindən gələni edir ki, müxalifət və iqtidar arasında danışıqlar baş tutmasın. Avroparlamentarlara Rusiyanın agentləri deyir. O qeyri ciddi bir şəxsdir”, – dedi Kaxa Kaladze.
Gürcüstanın sabiq prezidenti Mixeil Saakaşvili dünən Avroparlamentarlar və İan Kelli haqqında verilən suallara cavab verərkən bəyan etdi ki, “Saakaşvili hakimiyyətdən və gücdən uzaq durmalıdır” deyənlər mənəvi idiotlardır.