Kaxa Kaladze- paytaxt munisipaliteti  ictimai nəqliyyatın fəaliyyətə başladılması ilə əlaqədar tam hazırdır,rekomendasiyaları gözləyirik
Kaxa Kaladze- paytaxt munisipaliteti  ictimai nəqliyyatın fəaliyyətə başladılması ilə əlaqədar tam hazırdır,rekomendasiyaları gözləyirik

 

Paytaxt munisipalitetinin müvafiq xidmətləri ictimai nəqliyyatın fəaliyyətə başladılması ilə əlaqədar tam hazırdır,sahə mütəxəssisləri tərəfindən göstərişləri gözləyirik-bu barədə paytaxt meri,Kaxa Kaladze jurnalistlərə bildirib.

Kaladzenin də qeyd etdiyi üzrə, söhbət insan sağlamlığından, təhlükəsizliyindən  və həyatından gedir və rekomendasiyaları nəzərə almaq vacibdir.

″Paytaxt munisipalitetinin müvafiq xidmətləri ictimai nəqliyyatın fəaliyyətə başladılması ilə əlaqədar tam hazırdır,sahə mütəxəssisləri tərəfindən göstərişləri gözləyirik .Burda  söhbət insan sağlamlığından, təhlükəsizliyindən  və həyatından gedir.Məhdudiyyətlərin qaldırılması və adi həyat ritminə yavaş-yavaş qayıtmağımız bizi cəsarətləndirməməlidir.Nəticə etibarı ilə, ictimai nəqliyyatın işə salınması, bütün bunların hansı şəkildə edilməsi ilə bağlı göstəriş verilən zaman  qərar verilmiş olacaq.Biz, vətəndaşların sağlamlığının təhlükəsizliyini  qorumaq üçün rekomendasiyaları mütləq nəzərə alacağıq ″ -deyə Kaxa Kaladze bildirib.

 

 

 

Hazırladı-Sevinc Mustafayeva