Kaxa Kaladze - Patriarxın əməyi Gürcüstanın mənəvi güclənməsində əvəzolunmazdır

Tbilisinin meri Kaxa Kaladze bütün Gürcüstanın Katolikos-Patriarxını 85 illik yubileyi münasibəti ilə təbrik etdi.

“Bütün Gürcüstanın Katalikos-Patriarxı, pak və müqəddəs İkinci İliayı sevgi və hörmətlə, 85 illik yubileyi münasibəti ilə təbrik edirəm. Ona can sağlığı və uzun ömür arzulayıram. Onun 40 illik fəaliyyəti Gürcüstanın milli özünə məxsusluğunun qorunmasında və ruhunun gücləndirilməsində əvəzolunmazdır.

Ona can sağlığı və ölkənin inkişafında daha uzun illər iştirak edib, qatqı etməsini arzulayıram” – deyilir paytaxt merinin bəyanatında.