Kaxa Kaladze - Nika Melianın həbs edilməsinə sevinmirik, həbs edilib-edilməyəcəyi özündən asılıdır, əminəm ki, girov məbləğini ödəyəcək
Kaxa Kaladze - Nika Melianın həbs edilməsinə sevinmirik, həbs edilib-edilməyəcəyi özündən asılıdır, əminəm ki, girov məbləğini ödəyəcək

“Söhbət konkret cinayətdən gedir və o girov məbləğini ödəməlidir. Nika Melianın həbs edilməsinə sevinmirik, həbs edilib-edilməyəcəyi özündən asılıdır, əminəm ki, girov məbləğini ödəyəcək” – bu bəyanatı “Gürcü Arzusunun” baş katibi Kaxa Kaladze “Milli Hərəkatın” sədri Nika Melia ilə bağlı verdi.

“İyunun 20-də, onun parlamentə hücum çağırışları yaxşı yadımızdadır. Belə bir şeyin gələcəkdə təkrarlanmaması üçün Nika Melia cəzalandırılmalıdır” – dedi Kaxa Kaladze.

Xatırladaq ki, 2019-cu ilin 27 iyun ayında, “parlamentə qarşı qrup zorakılığına rəhbərlik etmək” ittihamı ilə həbs olunan Nika Meliaya 30 000 larilik girov məbləğininin ödənilməsi həvalə edilmişdi.

Daha sonra müəyyən qaydaların pozulmasına görə, Melianın girov məbləği 40 lari oldu. Ödəniş üçün isə, ona 50 günlük müddət verilib.

Fevralın 5-də, Nika Meliayı prokurorluğa çağırdılar, ancaq o getmədi.