Kaxa Kaladze - Müvafiq xidmətlərlə bərabər qəbristanlıqlara daxil olma imkanlarını bağlayacağıq
Müvafiq xidmətlərlə bərabər qəbristanlıqlara daxil olma imkanlarını bağlayacağıq, – bu barədə bəyanatı Tbilisi meri Kaxa Kaladze verdi.
Kaladze əhaliyə evdə qalması üçün bir daha müraciət etdi.
“Bütün bunlar ona görə edilir ki, ölkəmiz bu vəziyyətdən daha az itgi ilə çıxsın. Bayram günlərində diqqətli olmağımız kritik dərəcədə önəmlidir ki, gələcək həftələrdə əlavə problemlərimiz yaranmasın” – dedi Kaxa Kaladze.