Kaxa kaladze Muxiani idman kompleksində mövcud durumu təhqiredici adlandırır (fotolar)
Kaxa kaladze Muxiani idman kompleksində mövcud durumu təhqiredici adlandırır (fotolar)

Gördüklərim təhqiredicidir – may ayında açılan idman kompleksi yenidən bərpa olunasıdır, – bu barədə Tbilisi meri, Kaxa kaladze Muxianidə yerləşən idman kompleksini gözdən keçirdiyi zaman bəyan etdi.

Kaxa Kaladze müavininə, İrakli Bendelianiyə həvalə etdi ki, elə bu gün “Saba Kontrakşenin” rəhbərliyi ilə görüşsün ki, nöqsanları vaxtında aradan qaldırsınlar. Tbilisi merinin dediyinə görə, vəziyyət düzəldilməlidir.

“Məşq kompleksi may ayında açıldı, layihənin həyata keçirilməsi üçün 7 milyon lari xərcləndi. Burada çox ağır durumdur. Burada uşaqların qəbul edilməsi qeyri mümkündür.

Tapşırıq verdim ki, elə bu gün şirkət ilə görüşsünlər. Kompleksin bu durumda olması qəbuledilməzdir. Biz buna yol verməyəcəyik. Biz keyfiyyətə yönəlmişik və burada bizim övladlarımız, gələcək naslimiz böyüyəcəkdir, buna görə də keyfiyyət maksimal olaraq nəzərə alınmalıdır”, -Kaxa kaladze bəyan etdi.