Kaxa Kaladze - "Milli Hərəkat" partiyasının psevdo-demokratiya fasadı noyabrın 7-də dağıldı və Avropa onun gerçək üzünü gördü
Kaxa Kaladze - "Milli Hərəkat" partiyasının psevdo-demokratiya fasadı noyabrın 7-də dağıldı və Avropa onun gerçək üzünü gördü

7 noyabr Gürcüstan tarixinə əhalinin zorakılıq rejiminə qarşı spontan etirazının nümunəsi olaraq yazıldı, – bu barədə bəyanatı Tbilisinin meri Kaxa Kaladze bugünki paytaxt iclasında verdi.

Kaxa Kaladzenin dediyinə görə, bu günki tarix, həmçinin Gürcüstan tarixində iqtidarın biyabırçı şəkildə, öz xalqından intiqam almasının nümunəsi kimi də yazıldı.

“Milli Hərəkat partiyasının yalançı, psevdo-demokratiya fasadı noyabrın 7-də dağıldı” -dedi Kaladze.

Onun dediyinə görə, Gürcüstanda xalq və iqtidar  bir-birinə qarşı olan güclər deyil, bir bütöv qüvvə olmalıdır.

“Biz əhalimizin ikiyə bölünməsinə izin verməyəcəyik. Bugün ölkəmizə ən çox lazım olan sabitlik, sülh və inkişafdır” – dedi Kaxa Kaladze.