Kaxa Kaladze - mikroavtobusların tam dəyişdirilməsi ilə bağlı verdiyim vəd yerinə yetirildi
Kaxa Kaladze - mikroavtobusların tam dəyişdirilməsi ilə bağlı verdiyim vəd yerinə yetirildi

 

Tbilisi meri Kaxa Kaladzenin sözlərinə görə, mikroavtobusların tam şəkildə dəyişdirilməsi ilə bağlı seçkiqabağı verdiyi vədlərindən biri yerinə yetirilib.

Onun paytaxt hökumətinin iclasında bildirdiyi kimi, 1000 ədəd mikroavtobus artıq Tbilisidədir, onlar tədricən şəbəkəyə buraxılacaq və bir neçə gündən sonra dırnaq arası sarı mikroavtobusları tam əvəz edəcək.

“2017-ci ildə başlatdığımız və davam etdirdiyimiz islahat çox vacibdir. Biz, faktiki olaraq avtobus parkını dəyişdirmişik.  Paytaxtda heç bir sarı avtobus hərəkət etmədiyini görürsünüz. Sarı avtobusların şəhərdə hərəkət etməyəcəyi və onların əvəz olunacağı ilə bağlı verdiyim vəd yerinə yetirildi. Paralel olaraq mikroavtobusların yenilənməsi ilə əlaqədar vədimiz var idi. 1000 ədəd mikroavtobus artıq Tbilisidədir, onlar tədricən şəbəkəyə buraxılacaq və bir neçə gündən sonra dırnaq arası sarı mikroavtobusları tam əvəz edəcək. Şəhərdə götürək hərəkət baxımından ciddi problem yaradan heç bir köhnə ictimai nəqliyyat vasitəsi hərəkət etməyəcək. Avtobusların bütün resursları tükənmişdi. Eyni sözləri havanın çirklənməsi baxımından problem yaradan mikroavtobuslar üçün də demək olar. Demək olar ki, bu gün tam təmir edilmiş və nizamlanan ictimai nəqliyyat Tbilisi əhalisinə xidmət göstərir” – deyə Kaxa Kaladze bildirib.

Onun sözlərinə görə, Tbilisidə köhnə ictimai nəqliyyat bir daha işləməyəcək və onlar mərhələli şəkildə daim yenilənəcək.