Kaxa Kaladze - Mixeil Saakaşvili artıq Ukraynadaki işini düşünsün, çünki son məlumata görə, onu ordan da atmağı planlayırlar
Mixeil Saakaşvili artıq Ukraynadaki işini düşünsün, çünki son məlumata görə, onu ordan da atmağı planlayırlar, – “Gürcü Arzusunun” baş katibi Kaxa Kaladze bu bəyanatla, Gürcüstanın sabiq prezidenti Mixeil Saakaşvilinin bəyanatına səslənir, hansında Saakaşvili “Gürcü Arzusundan” hakimiyyəti tapşırmağı tələb edir.
“Aldığım son məlumata görə, Mixeil Saakaşvili öz Ukraynadaki işini düşünməli olacaq, çünki onu ordan da atmağı planlayırlar” – dedi Kaxa Kaladze.
Mixeil Saakaşvili ekzitpolların elan edilməsindən sonra yeni bəyanat verdi.
“Əgər xalqıma qarşı yüz iki axmaqlıqlar etməyi planlayırsınızsa, mən Mixeil Saakaşviliyəm, hər şeyə sonuna qədər gedirəm, vəzifə istəmirəm, ancaq xalqıma əl qaldıranlara sonuna qədər qarşı duracam. Lazım olsa, bu mübarizəyə fiziki olaraq, orda olmağımla qarşı duracam.
Biz bir millətin övladlarıyıq və konfrontasiya yaratmağı kimsəyə tövsiyyə etmirəm. Biz zəmanət verməyə hazırıq ki, kimsəyə qarşı repressiyalar edilməyəcək.
Seçkilərdə məğlub olubsunuz başa düşdük, ancaq bu demək deyil ki, həyat başa çatdı. Məndə yeddi-səkkiz il öncə seçkilərdə məğlub oldum, ancaq həyata davam etdim” – dedi Mixeil Saakaşvili.