Kaxa Kaladze Meriyanın müvafiq xidmətlərindən xahiş etdi ki, infrastruktur layihələrinin keyfiyyətinə xüsusi diqqət yetirsinlər
Paytaxtın meri Kaxa Kaladze meriyanın müvafiq xidmətlərindən və rayon icra hakimiyyətlərinin nümayəndələrindən xahiş etdi ki, infrastruktur layihələrinin keyfiyyətinə xüsusi ilə diqqət etsinlər.
Kaladzenin dediyinə görə, son dövrdə həyata keçirilən yoxlanışlar zamanı aşkar oldu ki, mövcud olan sistem və mexanizm, həyata keçirilən işlərin düzgün aparılmasını təmin edə bilmir.
“Bundan sonra, texniki ekspertizadan keçməyən heç bir sənəd meriya tərəfindən qəbul edilməyəcək” – dedi Kaxa Kaladze.
“İnfrastruktur layihələrindən vətəndaşlarımız istifadə edirlər və onlara təhlükəsiz və keyfiyyətli layihələr təqdim etməliyik” – dedi paytaxtın meri.