Kaxa Kaladze - məcburi texniki baxış, taksilər də daxil olmaqla bütün avtomobillər üçün təxirə salınacaq

Tbilisi meri Kaxa Kaladze bildirir ki, məcburi texniki baxış, taksilər də daxil olmaqla bütün avtomobillər üçün təxirə salınacaq.

Tbilisi merinin verdiyi məlumata əsasən, taksi sürücləri üçün məcburi texniki baxış ilə yanaşı lisenziyaların alınması da müvəqqəti olaraq dayandırılacaq.

“Texniki baxış məsələsi Koordinasiya Şurası tərəfindən təxirə salındı. Taksi lisenziyasının alınmasının texniki baxış ilə əlaqəli olduğunu bilirsiniz , müvafiq olaraq, lisenziyanın alınması müvəqqəti olaraq dayandırılacaq.

Texniki baxışdan keçməli olan və bu tələbi yerinə yetirməyəcəkləri təqdirdə cərimə tətbiq olunması planlaşdırılan taksi sürücüləri üçün problem yaranmayacaq, çünki bu da təxirə salınacaq. Məcburi texniki baxış hamı üçün təxirə salınır ”- deyə Kaxa Kaladze bildirib.

 

Müəllif – Sevinc Mustafayeva