Kaxa Kaladze - Məqsədimiz fasad üçün deyil, əsaslı dəyişikliklər həyata keçirməkdir
Şəhərimizi tikib inkişf etdirməliyik, ancaq bütün bunlar keyfiyyətli şəkildə edilməlidir, – bu barədə bəyanatı paytaxtın meri Kaxa Kaladze mer fəaliyyətinin 100 gününün hesabatını təqdim edərkən verdi.
Hesabatın təqdimatı Simon Canaşia adına Gürcüstan dövlət muzeyinin ərazisində keçirildi.
Onun dediyinə görə, 100 gün bütün planların həyata keçirilməsi üçün yetərli müddət deyil, ancaq bir çox gələcək layihələrin əsası qoyulub və həyata keçirilməyə hazırdır.
Kaladze qeyd etdi ki, islahatlar nəticəsində urban inkişaf xidməti yaradıldı, hansı ki, şəhərin urban inkişafına xidmət edəcək.
Kaladzenin dediyinə görə, meriyanın prioritetlərindən yaşıl şəhərin konsepsiyası və mövcud olan ekoloji vəziyyətin təkmilləşdirilməsidir.