Kaxa Kaladze Lilodaki yaşlılar evinin benefisiarlarını analar günü münasibəti ilə təbrik etdi

Tbilisinin meri Kaxa Kaladze Liloda yaşlılar evinin benefisiarlarını analar günü münasibəti ilə təbrik etdi və onların yaşayış şəraitləri ilə maraqlandı.

Kaxa Kaladzenin dediyinə görə, yaşlılar sığınacağının benefisiarları ondan bir neçə layihənin həyata keçirilməsini istədilər.

“Buradaki xanımlar kiçik bir mağazanın olmasını, kişilər isə, idman zalı və trenajorlar istədilər. Əlbətdəki, onların istəyini yerinə yetirəcəm. Digər şəraitlər isə, gördüyüm qədəri ilə yaxşıdır” – dedi paytaxtın meri.

Tbilisi Meriyasına aid olan yaşlılar sığınacağı 2015-ci ildən fəaliyyət göstərir və 240 benefisiar üçün nəzərdə tutulub.

Hazırda sığınacaqda 117 benefisiar yaşayır. Onlara beş sosiyal əməkdaş və bir psixoloq xidmət edir.