Kaxa Kaladze - "Lağidze suları"-nın bərpası ilə bağlı qərar yaxın gələcəkdə veriləcək
Paytaxtın meri Kaxa Kaladzenin bəyanatına görə, “Lağidze suları”-nın bərpası ilə bağlı qərar yaxın gələcəkdə veriləcək.
Bu barədə bəyanatı Kaxa Kaladze Birinci kanalın jurnalistlərinə verdi.
“Bu məsələ üzərində çalışırıq və düşünürəm ki, yaxın gələcəkdə bir qərar verəcəyik. Danışıqlar başa çatdıqdan sonra, qərarımızı ictimaiyyətə bildirəcəyik” – dedi Kaladze.
Xatırladaq ki, keçən il, baş nazir Giorgi Kvirikaşvili paytaxtın meri Kaxa Kaladzedən xahiş etdi ki, Tbilisidə “Lağidze suları” və köhnə xaçapuri məkanı bərpa edilsin.
Baş nazir bu məsələ haqqında “Qalereya Tbilisinin” açılışında danışmışdı.
“Lağide sularının” tarixi yerində bərpa edilməsi təşəbbüsünə yerli sənətkarlar da qoşuldular və bəyan etdilər ki, əgər köhnə məkan bərpa olunsa, paytaxtın ruhu geri qayıdacaq.