Kaxa Kaladze xarici ölkə vətəndaşları üçün yaşamaq izninin verilməsi haqqında qanunun sərtləşdirilməsini tələb edir
Kaxa Kaladze xarici ölkə vətəndaşları üçün yaşamaq izninin verilməsi haqqında qanunun sərtləşdirilməsini tələb edir

Tbilisinin meri Kaxa Kaladze parlament üzvlərinə müraciət edir ki, “Xaricilərə və Gürcüstan vətəndaşları olmayan şəxslərin hüquqi vəziyyəti haqqında” qanunda başlayan dəyişiklikləri dəstəkləsinlər.

Kaxa Kaladzenin bugünki paytaxt hökümət iclasında bəyan etdiyinə görə, qeyd olunan dəyişikliklər Gürcüstanın milli maraqlarından irəli gələrək, çox əhəmiyyətlidir və qanunda mövcud olan səhvlər aradan qaldırılmalıdır.

Onun dediyinə görə, sadəcə paytaxt üçün deyil, bütün Gürcüstan üçün əhəmiyyətlidir ki, ictimaiyyətin xarici vətəndaşların Gürcüstanda yaşamaq izninin almaq haqqı ilə bağlı müəyyən məlumatı olsun.

“Bugün qanunda mövcud olan requlyasiyaya görə, əgər xarici ölkə vətəndaşı Gürcüstanda 35 000 dollarlıq daşınmaz əmlak alsa, ona Gürcüstanda yaşamaq üçün bir illik izin verilir. Səhv ondadır ki, belə halda, xarici vətəndaş ev alacaq, bir ildən sonra isə, onu başqasının adına keçirəcək və karusel oynamağa davam edəcək. Belə olmamalıdır. Belə getsə, bir daşınmaz əmlak alaraq, ölkəyə hədsiz sayda xarici vətəndaşları yerləşəcəklər” – dedi Kaxa Kaladze.

Merin dediyinə görə, Gürcüstana xarici ölkə vətəndaşlarının gəlməsinə qarşı deyil, ancaq burada yaşamaq izni ilə bağlı qanun ilk öncə Gürcüstanın milli maraqlarını qorumalıdır.

Kaladzenin dediyinə görə, o bu məsələ ilə bağlı parlamentin sədri İrakli Kobaxidze və parlamentin üzvü və mövcud olan qanunun müəlliflərindən biri İlia Tsulaia ilə söhbət etdi.

“Başladığımız yeni qanunlayihəyə əsasən, Gürcüstanda bir illik yaşamaq iznini almaq üçün xarici ölkə vətəndaşı 35 min deyil, 100 min dollarlıq daşınmaz əmlak almalıdır, ancaq bir ildən sonra, onu başqa insanın adına yazdırsa, burada, yaşamaq iznini dərhal itirəcək” – dedi Kaxa Kaladze.

İnvestorların yaşamaq izninə gəlincə isə, Kaladze bəyan etdi ki, bugünki qanunla Gürcüstanda 300 min larilik investisiya qoyan şəxslər burada istədiyi müddət ərzində yaşaya bilərlər, ancaq yeni qanunlayihədə, ölkədə yaşamaq üçün gərəkli olan 300 min larilik investisiya məbləği 300 min dollarla əvəz ediləcək.