Kaxa Kaladze - Çavçavadze prospektində yeni sxemaya görə, hərəkət etməkdə zorluq çəkən sürücülərdən üzr istəyirəm
Paytaxtın meri Kaxa Kaladze yeni reabilitasiya edilən Çavçavadze prospektindəki avtomobil sxeması haqqında yenə bir daha danışdı.
Bugünki paytaxt hökümət iclasında, Kaxa Kaladze yeni sxemaya görə, Çavçavadze prospektində hərəkət etməkdə zorluq çəkən sürücülərdən üzr istədi.
Kaxa Kaladze iclasda qeyd etdi ki, özü də şəhərdə avtomobil ilə hərəkət edir və bütün sürücüləri yaxşı başa düşür.
“Bugünki iclası son günlərdə aktual olan mövzu ilə başlamaq istəyirəm. Çavçavadze prospektindəki yeni sxemanın qüvvəyə mindiyi gündən caddədə uzun müddət tıxancda qalan Tbilisililərdən üzr istəyirəm. Mən də adi vətəndaşam və məndə tıxancdda qalmalı oldum. Sizin yerinizdə olsam, mənim də eyni reaksiyam olardı.
Energetika naziri olduğum müddətdə mənə paytaxtın meri olmaq təklifi gəldiyində uzun müddət düşündüm, çünki böyük şəhərin meri olmaq məsuliyyətinin nə olduğunu başa düşürdüm” – dedi Kaladze.
Onun dediyinə görə, paytaxt merliyi kimin üçünsə sadəcə privilegiyalı status ola bilər, ancaq hərşeydən öncə bu böyük məsuliyyət və xidmətdir.