Kaxa Kaladze - Çavçavadze prospektində avtobus xətti yolun ortasında yerləşdirildi, çünki caddə kənarlarında problem yarada bilərdi
Tbilisidə, Çavçavadze prospektində, avtobus xəttləri yolun orta hissəsində yerləşdirildi, çünki yolun kənarlarında problem yarada bilərdi, – bu bəyanatı paytaxtın meri Kaxa Kaladze verdi.
Kaxa Kaladze qeyd etdi ki, Çavçavadze prospekti ilə bağlı, inşaatdan öncə, Fransa şirkəti “Sistram” tədqiqat-yoxlanş apardı.
“Bizim əsas prioritetimiz odur ki, ictimai nəqliyyat şəhərdə ən sürətli nəqliyyat vasitəsi olsun, ona görə də, ictimai nəqliyyat üçün xüsusi xəttlər ayrılıb.
Çavçavadzedəki avtobus xəttinə gəlincə isə, bu məsələ ilə bağlı bir çox tədqiqat-yoxlanışlar keçirildi və bizə Fransanın “Sistra” təşkilatı yardım edirdi. Avtobus xətti caddənin kənarlarında yerləşsə, sadəcə ictimai nəqliyyat üçün deyil, özəl avtomobillər üçün də problem yarada bilərdi” – dedi Kaxa Kaladze.