Kaxa Kaladze - Əgər kimsə cinayət törədibsə, ilk reaksiya verən biz olacağıq
“İdarəmizdə cinayət törədən biri varsa, ilk reaksiya verən biz olacağıq” – bu bəyanatı paytaxtın meri Kaxa Kaladze jurnalistlərin meriyada keçirilən audit yoxlanışı nəticəsində, əməkdaşların işdən azad ediləcəyi ilə bağlı suallarına cavab olaraq verdi.
“Mən hər zaman demişəm ki, mənim üçün önəmli olan professiyonalizm və dürüstlükdür və ancaq belə insanlarla əməkdaşlıq edəcəyik” – dedi mer.
Tbilisi meriyasında keçirilən audit yoxlanışının nəticələri fevralın 19-da yayılacaq.