Kaxa Kaladze - İnşaatlar elə forma ilə aparılır ki, bu ciddi problem yaradır və onları mütləq dayandıracağıq
Son iki ay ərzində tikilən 47 obyektin inşaat izni dayandırıldı.
Paytaxtın meri Kaxa Kaladze bəyan etdi ki, qanun pozuntuları ilə aparılan inşaatlarla bağlı merin mövqeyi daha da sərtləşdiriləcək.
“Tbilisidə ciddi pozuntularla aparılan inşaatlar çoxdur, onların çoxunun heç inşaat izni də yoxdur. Bu barədə sabah bəyanat verəcəm. Bu məsələyə qarşı mövqeyimiz sərt prinsipal olacaq.
Qeyri-qanuni şəkildə aparılan inşaatlar ciddi problemdir və onlar mütləq dayandırılacaq” – dedi Kaladze.