Kaxa Kaladze inşaat təhlüksizliyi baxımından cərimələrin artırılması təşəbbüsünü irəli sürdü
Paytaxtın meri Kaxa Kaladzenin dediyinə görə, yeni inşaat requlyasiyaları ilə bağlı, öz mövqeyini meriya parlamentə təqdim edəcək.
Bu barədə bəyanatı Kaxa Kaladze jurnalistlərə “Axmeteli teatrı” metrostansiyasının yanında verdi, hansına yeni təmir edilən metrodaki vəziyyəti yoxlamaq üçün getmişdi.
Kaladzenin dediyinə görə, yeni requlyasiyalar inşaatların təhlükəsizliyi baxımından cərimələrin artırılmasınnı nəzərdə tutur.
“Ölkəmizdə inşaat requlyasiyaları baxımından problemlər çoxdur. Təəssüf ki, inşaatlarda çalışanların qəza ilə ölüm faktları da çoxdur. İnşaat sahəsində çalışan investorlara böyük cərimələr yazılsa inşaatda çalışan insanların təhlükəsizlik şəraitlərinin qorunması onların marağında olacaq ki, – dedi Kaladze.