Kaxa Kaladze Heyvanlar Monitorinqi Agentliyindən itlərdən birini Meriyaya apardı (foto)
Tbilisi meri, Kaxa Kaladze Heyvanlar Monitorinqi Agentliyini gözdən keçirdi.
Kaxa Kaladzenin qeyd etdiyinə görə, sığınacaqda yenidənqrumadır və yeni fəaliyyət planı yaxın dövrdə məlum olacaqdır.
“Bilirsiniz ki, son zamanlar məlumat yayılırdı ki, burada ağır durumdur, bu həqiqətə uyğun deyil. Müəyyən dəyişikliklər planlaşdırılıb. İslahatların həyata keçirilməsini planlaşdırırıq və artıq sizə dediyim kimi, mənim seçkiqabağı kampaniyam zamanı bu istiqamətlə müəyyən dəyişiklilkərin edilməsini vəd etmişdim”, – Kaxa Kaladze bəyan etdi.
Kaxa Kaladzenin qeyd etdiyinə görə, mərkəzdən itlərin birini Meriyaya aparacaq.
“Yeni dostumuz var və Meriyaya gələcək və bizimlə olacaq. Adını hələ bilmirik, meriya seçəcəyik”, – Kaladaze qeyd etdi.


