Kaxa Kaladze - "Hər məhəllədə daha çox həyat" mənim seçki şüarım olacaq
“Hər məhəllədə daha çox həyat” mənim seçki şüarım olacaq – deyə Tbilisi merliyinə namizəd, Kaxa Kaladze sosial şəbəkədəki video müraciətində bildirib.
Onun sözlərinə görə, əsas dəyər hər zaman həyat olub və indi də belədir. Pandemiya bunu bir daha hər kəsə göstərdi. Kaxa Kaladzenin sözlərinə görə, bu gün Tbilisinin daha çox inkişafa, istirahət məkanlarına, infrastruktur layihələrinə, bütün məhəllələrdə daha çox həyata ehtiyac var.
“Siz dünyanın son iki il ərzində hansı çətinliklərlə üzləşdiyini bilirsiniz. Bu bizi fikirləşməyə vadar etdi və bu gün həyatın nə qədər mühüm və əziz olduğunu bilirik. Hər şeydən əvvəl hər kəsə can sağlığı arzulayıram, bir-birimizin həyatına ehtiyyatla yanaşaq. Çətinliklərin öhdəsindən gəlmək üçün əlimizdən gələni etməliyik. Buna görə də şüarımız daha çox iş görmək, daha çox yaşıllaşdırma, istirahət, nizamlı ictimai nəqliyyat, daha çox insana kömək etmək, daha çox uşaq bağçası tikmək istəyimizə əsaslanır … Seçki şüarımız və vədimiz “hər məhəllədə daha çox həyat” olacaq. Tbilisimizin bütün məhəllələrinə daha çox həyat gətirmək üçün munisipalitetdə işləyən bütün insanlarla 24 saat işləməyə hazıram ”-deyə Kaxa Kaladze bildirib.
Tbilisi meri, Gürcü Arzusu-Demokratik Gürcüstan partiyasına göstərdiyi etimada görə təşəkkür edib və Tbilisi sakinlərinin seçki mübarizəsində dəstəyinin vacibliyini vurğulayıb.
“Yerli özünüidarəetmə seçkilərində iştirak etmək və yenidən Tbilisi meri uğrunda mübarizə aparmaq üçün mənə fürsət verdiyinə görə komandama təşəkkür etmək istəyirəm. Bu dörd il ərzində göstərdiyiniz dəstək və köməyə görə sizə, bu şəhərdə yaşayan insanlara, Tbilisi sakinlərinə xüsusi təşəkkür edirəm. Bu dəstək qiymətləndiriləsidir və səylərimlə, bu şəhər üçün həyata keçirdiyim layihələr vasitəsilə hər gün sizdən hiss etdiyimi sevgini geri qaytarmaq üçün əlimdən gələni edəcəyəm ”-deyə Kaladze bildirib.