Kaxa Kaladze - Heç kim sanksiyalardan qorxmur, ancaq hakimiyyətin nümayəndələrinə onların birbaşa öhdəliyi olan qanunun qəbuluna görə sanksiya tətbiq etmək inanılmazdır
Tbilisinin meri Kaxa Kaladze, parlament çoxluğunun üzvlərinə öz ölkələrində konkret qanun qəbul etdikləri üçün sanksiya tətbiq edilməsinin inanılmaz olduğunu bildirib.
Paytaxtın meri bu haqda Avropa İttifaqı tərəfindən mümkün şəxsi sanksiyaların tətbiqi ilə bağlı ünvanlanmış suala cavabında deyib.
“Bu, sadəcə olaraq şantaj və təhdid dilidir. Bu addımın atılacağını zənn etmirəm, çünki tərəfdaşlarla, dostlarla belə danışmırlar. Bu düzgün münasibət deyil. Dostluq, tərəfdaşlıq istəyiriksə, qapı açıqdır və heç kim məhdudlaşdırılmayıb, lakin bunun üçün konkret, effektiv addımlar atılmalıdır. Biz bunu ancaq təqdir edərik. Bir daha təkrar edirəm: heç kim sanksiyalardan qorxmur və bu nöqteyi-nəzərdən heç bir problem olmayacaq, ancaq hakimiyyət nümayəndələrinə sanksiya tətbiq edilməsi inanılmazdır və nəyə görə? Ona görə ki, ölkəndə, ölkə əhalisinin seçdiyi parlament çoxluğunun nümayəndələri qanun qəbul edirlər, bu da onların birbaşa öhdəliyidir ?! İnsanlara buna görə sanksiya tətbiq edilməsi inanılmazdır, ancaq bu gün dünyada elə ədalətsizlik baş verir ki, heç nə təəccüblü olmayacaq” – deyə Kaxa Kaladze açıqlayıb.