Kaxa Kaladze - hamının imkanı var ki, ölkəmizdə bisnesi olsun, lakin gürcü dilinə hörmət etməliyik
Paytaxtda fasadlarda gürcü dilinin istifadəsini böyük diqqət yetirəcəyik, – bu barədə Axvlediani küçəsində olarkən paytaxtın meri, Kaxa Kaladze bəyan etdi.
Kaladzenin bəyan etdiyinə görə, nəzarət xidmətinə müvafiq tapşırıq verilib.
“Fasadlarda gürcü dilinin istifadə olunmaması ciddi problemdir. Bununla biz paytaxtda qarşılaşırıq. Mən bu barədə seçkiqabağı da danışırdım və indi də təkrar edirəm, buna diqqət yetirəcəyik və çox sərt olacağıq. Bu gün nəzarət xidmətinə həvalə etdim ki, sahibkarlarə məntiqi vaxt versinlər ki, yazılar gürcü dilində olsun. Biz heçkimə qarşı çıxmırıq. Hamının imkanı var ki, ölkəmizdə bisnesi olsun, lakin gürcü dilinə hörmət etməliyik”, – Kaxa kaladze bəyan etdi.
Onun dediyinə görə, hər şey qanunla tənzim olunubdur və lazım olduğu təqdirdə əlavə tənzimləmələr də tədbiq olunacaq.