Kaxa Kaladze - hamımız peyvənd olmağa çalışaq, bu bizi ölümdən qoruyan yeganə imkandır
Ölkəmizin əhalisindən xahiş etmək istərdim ki, hamımız maksimal şəkildə peyvənd olmağa çalışaq, bu bizi ölümdən qoruyan yeganə imkandır, – bu barədə paytaxt meri Kaxa Kaladze bildirib.
Kaladze vətəndaşları aktiv vaksinasiyaya və tənzimləmələrə əmə etməyə çağırır.
“Mövcud pandemiyanın bizə imkan tanıyacağı şəkildə hərəkət edəcəyik, təbliğat aparmaq üçün bir çox vasitə var və əhalini və özümüzü mümkün qədər qorumaq üçün bütün üsullardan istifadə edəcəyik. Ümumiyyətlə, peyvəndləmə prosesi vacibdir və ölkəmizin əhalisindən xahiş etmək istərdim ki, hamımız maksimal şəkildə peyvənd olmağa çalışaq, bu bizi ölümdən qoruyan yeganə imkandır. Hər kəs peyvənd ola bilməlidir. Ən vacibi, hər birimizin ağlı və maska taxmaqdır. Mən iki dəfə peyvənd olunmuş olsam da,maksimal şəkildə maska taxmağa çalışıram, əsasən də ətrafda çoxlu insan olarkən. Hamıdan peyvənd olmağ xahiş edirəm” -deyə Kaladze bildirib.